Yaponiya imperatorunun istefa verməsinə imkan yaradacaq qanun layihəsi hazırlanıb
Digər ölkələr
- 17 aprel, 2017
- 06:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 aprel. REPORT.AZ/ Yaponiya hökuməti mayın 19-da ölkə parlamentinə imperator Akihitoya taxt-tacı tərk etmək və onu varisinə vermək imkanı qazandıracaq xüsusi qanun layihəsi təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Kiodo" xəbər agentliyi etibarlı mənbəyinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Yaponiya hökuməti yeni qanun layihəsinin iyunun 18-də başa çatacaq cari parlament sessiyasının sonuna qədər qəbul ediləcəyinə ümid edir.
Qanun yalnız 83 yaşlı imperator Akihitoya şamil ediləcək. Belə ki, o, ötən il taxt-tacı tərk etmək istədiyini bildirib, amma Yaponiya qanunları buna imkan vermir.
İmperatorun yerinə vəliəhd şahzadə Naruhitonun gələcəyi gözlənilir.
Son xəbərlər
22:41
Belçikada baş verən fırtınada dörd nəfər xəsarət alıb
Digər ölkələr
22:33
Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb
Ekologiya
22:25
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq
Digər ölkələr
22:18
Video
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - Yenilənib
Hadisə
22:03
Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Digər ölkələr
21:56
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Digər ölkələr
21:44
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Xarici siyasət
21:35
Kanadanın Baş naziri seçkilərə müdaxilə ilə bağlı ABŞ-nin ittihamlarını rədd edib
Digər ölkələr
21:27
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Xarici siyasət