Yaponiya adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ olub

Digər ölkələr
  • 07 sentyabr, 2017
  • 22:48
Yaponiya adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ olub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Yaponiyanın Oqasavara adaları (Bonin) yaxınlığında 6,1 bal gücündə zəlzələ olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:26-da qeydə alınıb. Zəlzələnin episentri Titidzima adasından 249 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 456,9 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat daxil olmayıb.