Yaponiya ABŞ ilə əməkdaşlıq edərək müdafiə qabiliyyətini gücləndirməyi planlaşdırır

Digər ölkələr
  • 19 sentyabr, 2025
  • 07:24
Yaponiya ABŞ ilə əməkdaşlıq edərək müdafiə qabiliyyətini gücləndirməyi planlaşdırır

Yapon Özünümüdafiə Qüvvələri Yaponiyanın milli təhlükəsizlik qanunlarının qəbulundan sonrakı 10 il ərzində ABŞ hərbi qüvvələri ilə əməliyyat inteqrasiyasını təşviq ediblər.

"Report" "Japan Times"a istinaədn xəbər verir ki, ətrafındakı təhlükəsizlik mühitinin Çinin hərbi cəhətdən özünü təkmilləşdirməsi ilə sürətlə pisləşməsi səbəbindən Yaponiya müdafiə qabiliyyətini gücləndirməyi planlaşdırır.

"Yaponiya-ABŞ ittifaqı əvvəlkindən daha güclü olub və bizim çəkindirmə və cavab vermə qabiliyyətlərimiz yaxşılaşıb", - Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi cümə axşamı keçirilən mətbuat konfransında təhlükəsizlik qanunlarının əhəmiyyətini vurğulayaraq bildirib.

"Japan Times" onu da bildirib ki, Yaponiyada ABŞ və digər hərbi qüvvələrlə daha çox əməliyyat inteqrasiyasının ölkənin xarici münaqişələrə cəlb olunması riskini artıra biləcəyi barədə dərin kök salmış narahatlıqlar var.

Son xəbərlər

Bütün Xəbər Lenti