Xmara: Britaniya Ukraynaya hər il 3 milyard funt sterlinq həcmində dəstək zəmanəti verib

Digər ölkələr
  • 06 avqust, 2026
  • 12:51
Xmara: Britaniya Ukraynaya hər il 3 milyard funt sterlinq həcmində dəstək zəmanəti verib

Ukrayna müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Yevgeni Xmara baş komandanın müavini səlahiyyətlərini müvəqqəti icra edən briqada generalı Sergey Sobko və kəşfiyyat nümayəndəsi ilə birgə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinqlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin teleqram sosial şəbəkəsindəki kanalında bildirilib.

"Böyük Britaniya Ukraynaya uzunmüddətli dəstəyə – ildə azı 3 milyard funt sterlinqə zəmanət verir. Bu yardımın əsas istiqamətlər üzrə davam etdiriləcəyinə ümid edirik", – Xmara deyib.

Görüşün yekunlarına əsasən, tərəflər uzunmüddətli və qarşılıqlı faydalı müdafiə tərəfdaşlığını inkişaf etdirməyə davam etmək barədə razılığa gəliblər.

44 - Tezliklə