Ukraynanın 2,7 milyon ton taxılı Rumıniya vasitəsilə ölkədən çıxarılıb

Digər ölkələr
  • 19 iyul, 2022
  • 03:38
Ukraynanın 2,7 milyon ton taxılı Rumıniya vasitəsilə ölkədən çıxarılıb

“İndiyədək Rumıniya ərazisindən tranzitlə keçməklə Ukraynadan 2,7 milyon tona yaxın taxıl çıxarılıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

O qeyd edib ki, bu, Ukraynanın ixrac etdiyi taxılın ümumi həcminin təxminən yarısını təşkil edir

Rumıniyalı nazir iyulun 15-də Buxarestdə keçirilən Moldovaya Yardım üzrə 2-ci Beynəlxalq Konfrans zamanı 615 milyon avro toplandığını və bunun da 432 milyon avrosunun qrantlardan ibarət olduğunu qeyd edib.

B.Auresku Aİ-nin Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinə dəstəyinin gücləndirilməsinin tərəfdarı olduğunu, bu regionların Rusiyanın hərəkətləri qarşısında xüsusilə həssas olduğunu bildirib.

44 filmi