WUF13-də "Recovering the Future" konsepsiyasının əsas elementləri açıqlanıb

Digər ölkələr
  • 21 may, 2026
  • 13:58
WUF13-də Recovering the Future konsepsiyasının əsas elementləri açıqlanıb

Dayanıqlı şəhərlər insanların təhlükəsiz mənzilə, xidmətlərə və məcburi köçürülmədən müdafiəyə zəmanətli çıxışı olmadan mümkün deyil.

"Report" xəbər verir ki, bu barədə "Habitat Professionals Forum"un həmsədri Lens Cey Braun Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində aparılan müzakirələrdə bəyan edib.

Onun sözlərinə görə, "Recovering the Future" konsepsiyası WUF13-ün altı əsas dialoqu ilə birbaşa bağlıdır və fəlakətlərdən sonra şəhərlərin bərpasına yeni yanaşma təklif edir.

Braun qeyd edib ki, birinci dialoq inklüziv şəhərlərə və icmalara həsr olunub, konsepsiyanın özü isə insan hüquqlarına yönəlmiş yanaşmaya əsaslanır: "Bərpanı yalnız bərpa edilmiş evlərin və ya infrastrukturun sayı ilə ölçmək olmaz. O, insan ləyaqətini, əhalinin iştirakını, təhlükəsiz yaşayış yerini, xidmətlərə çıxışı və köçürülmədən qorunmanı təmin etməlidir".

Onun sözlərinə görə, qeyri-rəsmi yaşayış məntəqələrinin sakinlərinə, miqrantlara, qaçqınlara, yerli xalqlara və yaşlı insanlara xüsusi diqqət yetirilməlidir, çünki məhz bu qruplar fəlakətlərin nəticələrindən daha çox əziyyət çəkir.

Yaşayış yeri və şəhər hüququ mövzusuna həsr olunmuş ikinci dialoqa toxunan Braun vurğulayıb ki, təhlükəsiz və əlçatan yaşayış yerinin olmaması aztəminatlı icmaları qeyri-sabit yamaclarda və ekoloji cəhətdən deqradasiyaya uğramış ərazilərdə məskunlaşmağa məcbur edir: "Bu, əhalinin təkrar köçürülməsinə və fəlakətlər qarşısında həssaslığın artmasına gətirib çıxarır".

Onun sözlərinə görə, konsepsiya yerli, milli və beynəlxalq səviyyələrdə yaşayış siyasəti ilə bərpa proqramları arasında strateji qarşılıqlı əlaqənin vacibçliyini vurğulayır.

Braun qeyd edib ki, üçüncü dialoq iqlim və ekoloji dayanıqlığa həsr olunub.

Braunun fikrincə, iqlim dayanıqlığına yalnız mühəndis həlləri ilə nail olmaq mümkün deyil və bu, şəhərlər, landşaftlar və ekosistemlar arasında əlaqənin bərpasını tələb edir.

"Habitat Professionals Forum"un həmsədri, həmçinin qeyd edib ki, transformativ bərpa qarşısında duran əsas maneələrdən biri zəif şəhər idarəetməsi olaraq qalır: "Dayanıqlı şəhərlərə yalnız fiziki infrastruktur deyil, həm də güclü institutlar, şəffaf sistemlər və uzunmüddətli ictimai etibar lazımdır".

O bildirib ki, konsepsiya memarlar, şəhərsalma mütəxəssisləri, mühəndislər, hüquqşünaslar, ekoloqlar, tibb işçiləri və icmaların özləri arasında əməkdaşlığı təşviq edir.

Konsensiyanın əsas məqsədi insanlara daha təhlükəsiz, ədalətli və iqlim dəyişikliklərinə uyğunlaşdırılmış həyata ümid verməkdən ibarətdir.

44 - Tezliklə