Vyetnamda daşqınlar səbəbindən ölənlərin sayı 35-ə çatıb
Digər ölkələr
- 02 noyabr, 2025
- 10:08
Vyetnamın mərkəzində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb. Bu rəqəm daha əvvəl 28 olaraq açıqlanmışdı.
"Report"un "Xinhua"ya istinadən verdiyi məlumata görə, bu barədə Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması və Bəndlərin İdarə Edilməsi İdarəsi məlumat verib.
Qurum dəqiqləşdirib ki, hazırda beş nəfər itkin düşmüş sayılır, daha 60 nəfər yaralanıb.
Təbii fəlakətdən sonra 16,5 mindən çox ev su altında qalıb, 6,1 min hektardan çox əkin sahəsi və bağ zərər görüb, 75 min evdə hələ də elektrik enerjisi yoxdur.
Vyetnam hökuməti mərkəzdə dörd şəhər və əyaləti dəstəkləmək üçün 450 milyard Vyetnam donqu (təxminən 17,93 milyon dollar) məbləğində təcili yardım fondunun yaradılmasını təsdiqləyib.
Son xəbərlər
18:22
Foto
UWW Bakıdakı tədbiri yüksək qiymətləndirir
Fərdi18:19
"DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
Sosial müdafiə18:17
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Hadisə18:11
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur - RƏY
Daxili siyasət18:01
"Atletiko"nun futbolçusu Aleksandr Sörlot zədələnib
Futbol17:50
Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib
Region17:34
Kolumbiyada zəlzələ nəticəsində 75 ispan itkin düşüb
Digər ölkələr17:31
"Şəfa" Luis Felipe da Silva Rodrigezlə müqavilə imzalayıb
Futbol17:31