Vyetnam parlamenti ölkənin yeni prezidentini seçib
Digər ölkələr
- 05 aprel, 2021
- 03:01
Vyetnam Sosialist Respublikasının Milli Məclis (birpalatalı parlamenti) Nquen Suan Fuku ölkənin yeni prezidenti seçib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Parlamentin nəzarət komissiyası bildirib ki, 2016-cı ildən baş nazir postunu tutmuş 67 yaşlı Nquen Suan Fukun namizədliyini Milli Məclisin deputatlarının 97,5%-i dəstəkləyib.
Nquen Suan Fuk prezident postunda Vyetnamın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nquen Fu Çonqu əvəz edib.
Kommunist Partiyasının başçısı 2016-cı ildən 2021-ci ilə qədər bu vəzifəni tutmalı olan prezident Çan Day Quanqın ağır xəstəlikdən ölüm səbəbi ilə 2018-ci ilin oktyabrında ölkə prezidenti seçilib.
Son xəbərlər
20:44
Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib
Digər ölkələr20:34
Əraqçi ilə İshaq Dar Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
Region20:25
"LANDAU Lions" basketbol Arnas Sakenisi heyətinə cəlb edib
Komanda20:19
Foto
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
Fərdi20:06
Xamenei ordu və SEPAH-a yeni komandanlar təyin edib – YENİLƏNİB
Region20:00
"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib
Futbol19:49
İsveçdə Rusiya kəşfiyyat əməliyyatının qarşısı alınıb
Digər ölkələr19:38
Ərdoğan ilə Ştoker Türkiyə-Aİ münasibətlərini qabardıblar
Region19:33