Vuçiç: Prezident vəzifəsindən öz xalqına sədaqətlə xidmət etmiş insan kimi gedirəm

Digər ölkələr
  • 16 sentyabr, 2026
  • 22:22
Vuçiç: Prezident vəzifəsindən öz xalqına sədaqətlə xidmət etmiş insan kimi gedirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, öz xalqına və ölkə vətəndaşlarına sədaqətlə xidmət etmiş insan kimi vəzifədən gedir.

"Report"un Balkan bürosu xəbər verir ki, o, hakimiyyəti dövründə ağır şəraitə, çətin qərarlara və problemlərə baxmayaraq, Serbiyanı yüksəltməyə, maaş və pensiyaları ölkə tarixində ən yüksək səviyyəyə çatdırmağa nail olub.

"İnanıram ki, Serbiya xalqı öz vətəninə sədaqətlə, vicdanla çalışanları və dövlətin maraqlarına qarşı hər şeyi edənləri ayıra biləcək", - o bildirib.

44 - Tezliklə