Vuçiç ABŞ-nin Serbiya mallarının idxal rüsumlarını müvəqqəti ləğv etdiyini bildirib

Digər ölkələr
  • 24 iyul, 2026
  • 23:22
Vuçiç ABŞ-nin Serbiya mallarının idxal rüsumlarını müvəqqəti ləğv etdiyini bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ABŞ Serbiya mallarının idxal rüsumlarını müvəqqəti olaraq ləğv edib.

"Report"un Balkan bürosunun məlumatına görə, bu barədə Serbiya lideri Serbiya Radio və Televiziyasının efirində bildirib.

"Bu axşamdan etibarən və hələ bir müddət onlar (rüsumlar - red.) sıfıra bərabər olacaq", - Vuçiç qeyd edib.

Onun sözlərinə görə, sıfır dərəcəsi məhdud müddət ərzində qüvvədə olacaq, bundan sonra Vaşinqton 10–12 % həcmində rüsumlar tətbiq edəcək.

Qeyd edək ki, ABŞ 1 avqust 2025-ci ildən etibarən Serbiyadan malların idxalına 35 faizlik gömrük rüsumları tətbiq edib.

44 - Tezliklə