Volodimir Zelenski qışa hazırlıqla bağlı Baş Qərargahın iclasını keçirib

Digər ölkələr
  • 22 noyabr, 2022
  • 11:02
Volodimir Zelenski qışa hazırlıqla bağlı Baş Qərargahın iclasını keçirib
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Qərargahın iclasını keçirib.

“Report” xəbər verir ki, bunu dövlət başçısı teleqramda yazıb.

O bildirib ki, toplantıda qışa hazırlıq müzakirə olunub: “Strateji istiqamətlər üzrə qoşunların komandanları cəbhədəki vəziyyətlə bağlı məlumat verdilər. Toplantıda üç əsas məsələyə baxıldı. Birincisi, ordumuzu texnika və silahla təmin etmək. İkincisi, enerji infrastrukturu obyektlərinin mühafizəsi. Üçüncüsü isə qışda infrastruktur obyektlərinin işini keyfiyyətli təşkil etmək”.

V.Zelenski qeyd edib ki, bunlar asan olmayacaq, lakin Ukrayna qələbə qazanacaq.

Qeyd edək ki, Rusiya Ukraynanın enerji infrastrukturunun təxminən 50%-ini dağıdıb.

44 - Tezliklə