Vladimir Putin: "Böyük Britaniyanın Aİ-dən çıxması Rusiyaya təsir edəcək"

Digər ölkələr
  • 24 iyun, 2016
  • 13:25
Vladimir Putin: Böyük Britaniyanın Aİ-dən çıxması Rusiyaya təsir edəcək

Bakı. 24 iyun. REPORT.AZ/ "Rusiya "Brexit" məsələsinə heç vaxt müdaxilə etməyib, fikir bildirməyib və təsir göstərməyib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilmiş referendumu dəyərləndirərkən deyib.

"Böyük Britaniyanın Aİ-dən çıxması Avropaya və Rusiyaya təsir edəcək", - deyə Rusiya dövlət başçısı bildirib.

44 - Tezliklə