Vilnüs aeroportu fəaliyyətini bərpa edib - YENİLƏNİB

Digər ölkələr
  • 26 oktyabr, 2025
  • 08:18
Vilnüs aeroportu fəaliyyətini bərpa edib - YENİLƏNİB

Oktyabr 25-i axşam saatlarında hava məkanına naməlum obyektlərin daxil olması səbəbindən bağlanan Vilnüs Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayıb.

"Report"un məlumatına görə, bu barədə milli radio LRT məlumat verib.

"Paytaxt hava limanı saat 03:30-da (Bakı vaxtı ilə 05:30 - red.) fəaliyyətini bərpa edib", - radiostansiyanın məlumatında qeyd olunub.

Hava limanı 25 oktyabr saat 21:30-da bağlanmışdı. Bu zaman hava məkanında elektron vasitələrlə naməlum obyektlər qeydə alınmışdı. Ehtimal ki, bunlar meteoroloji balonlar olub. Litva tərəfinin iddialarına görə, həmin balonlar qaçaqmalçılar tərəfindən Litva-Belarus sərhədindən siqaretlərin keçirilməsi üçün geniş istifadə olunur.

Paytaxtın hava limanı ikinci gecə ardıcıl və cari həftə ərzində üçüncü dəfə bağlanıb. Bu, ümumilikdə 70 aviareysə təsir edib, 10 mindən çox sərnişin problemlərlə üzləşmişdi.

Litva hakimiyyəti səmada naməlum obyektlərin görünməsi ilə əlaqədar Vilnüs Beynəlxalq Hava Limanının bağlandığını təsdiqləyib.

"Report" un xəbərinə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi məlumat yayıb.

"Güman edilir ki, hava məkanında meteoroloji balonlar aşkar edilib", - məlumatda deyilir.

Litva tərəfinin açıqlamasına görə, bu şarlardan qaçaqmalçılıq təşkilatçıları qonşu Belarusdan siqaret keçirmək üçün geniş istifadə edirlər.

Hava limanının fəaliyyəti təxminən saat 21:30-da (Bakı vaxtı ilə 22:30) dayandırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti