Vera Bukaçi: Artıq ideyaları olan gənclərə dəstək olmaq, onla yol açmaq lazımdır

Digər ölkələr
  • 21 may, 2026
  • 11:26
Vera Bukaçi: Artıq ideyaları olan gənclərə dəstək olmaq, onla yol açmaq lazımdır

Artıq ideyaları olan gənclərə dəstək olmaq, onla yol açmaq lazımdır.

"Report" xəbər verir ki, bu barədə Keniyanın "Kounkuey Design Initiative" təşkilatının icraçı direktoru və baş rəhbəri Vera Bukaçi Milli QHT Forumunun Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirdiyi "Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, gənclər üçün texniki bacarıqlar vacibdir:

"Lakin bu bacarıqları işlək edən yaşanmış təcrübədir. Bizim də cəlb olunduğumuz "Şəhər Toxuması Təşəbbüsü" (Urban Fabric Initiative) adlanan layihələrin birində 1500-dən çox sakin, əsasən də gənclər birgə dizayn və tikintidə iştirak ediblər".

V.Bukaçi deyib ki, vətəndaş cəmiyyəti resurslarla təmin edilməlidir:

"Qeyri-formal qəsəbələrin sakinləri iqlimə davamlılıq sahəsində ön cəbhədə işləyirlər, daşqına meyilli torpaqları idarə edir, drenajlar tikir, yaşıl ictimai məkanlar yaradırlar. Onlar nadir hallarda iqlim fəalları kimi tanınırlar, lakin bununla belə, bu işi görürlər. Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər. Onların heç biri liderlik etmək üçün icazə gözləmir. Bizim işimiz onların əvəzinə liderlik etmək deyil. Artıq ideyaları olan gənclərə dəstək olmaq, onlara yol açmaq və çəkilmək lazımdır".