Vens: "Tomahawk" raketlərinin Kiyevə tədarükü ilə bağlı hələ qərar qəbul edilməyib

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 04:43
Vens: Tomahawk raketlərinin Kiyevə tədarükü ilə bağlı hələ qərar qəbul edilməyib

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ölkə, ilk növbədə, öz ordusunu silahlarla təmin etməlidir və hazırda Kiyevə "Tomahawk" qanadlı raketlərinin verilməsi ilə bağlı qərar qəbul olunmayıb.

"Report"un "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"ABŞ, ilk növbədə, Amerikanın təhlükəsizliyini təmin etməyə çalışır", - deyə o, "Tomahawk" raketlərinin Ukraynaya verilməməsinin səbəbləri ilə bağlı sualı cavablandırarkən qeyd edib. "Aydın məsələdir ki, bu bizim silahlı qüvvələrimiz üçün ən vacib silah sistemlərinin ehtiyatda saxlanılmasını tələb edir. ABŞ Prezidentinin əsas diqqəti məhz buna yönəlib", - Vens bildirib.

Tramp barədə danışan Vens: "Əgər o, Avropaya əlavə silah satmağın Amerikanın maraqlarına uyğun olduğunu hesab etsə, bunu edəcək. Lakin "Tomahawk" raketləri ilə bağlı hələlik belə bir qərar qəbul etməyib", - deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti