Venesuelada zəlzələdə ölənlərin sayı 5119-a çatıb
- 19 iyul, 2026
- 02:59
Venesuelada zəlzələ qurbanlarının sayı 5 119-a çatıb.
Report xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının spikeri Xorxe Rodriqes öz "Telegram" kanalında məlumat yayıb.
Hökumətin yenilənmiş məlumatına görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb.
190 tikili tamamilə dağılıb, 856 binada isə ciddi zədələnmələr qeydə alınıb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində 6 462 nəfəri sağ çıxarmaq mümkün olub, 38 292 nəfər tibb müəssisələrində tibbi yardım alıb. 128 324 ailəyə dəstək göstərilib, 21 470 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib, zərərçəkənlərə 10 063 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanlardan sonra 1 350 afterşok qeydə alınıb.