Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
- 17 iyul, 2026
- 04:17
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 930 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqez teleqram kanalında xəbər verib.
Rodriqesin dərc etdiyi yenilənmiş hökumət hesabatına görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb, daha 17 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə işləri nəticəsində 6 462 nəfər xilas edilib, 35 781 nəfər xəstəxanalarda tibbi yardım alıb. 128 324 ailəyə dəstək göstərilib, 21 210 nəfər 107 müvəqqəti düşərgəyə yerləşdirilib, zərərçəkənlərə 10 063 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, 24 iyun axşam Venesuelada zəlzələlər qeydə alınıb. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 maqnitudada iki zəlzələ baş verib. Hər iki təkanın episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Əsas zəlzələdən sonra 1 308 təkrar təkan qeydə alınıb.