Venesuelada "Sunami" ləqəbli axtarış iti zəlzələdən sonra 26 nəfəri xilas edib
- 04 iyul, 2026
- 06:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Venesuelada "Sunami" ləqəbli axtarış iti bir neçə gün əvvəl baş vermiş dağıdıcı zəlzələdən sonra 26 nəfərin xilas olunmasına kömək edib və ölkə sakinləri üçün ümid simvoluna çevrilib.
"Report"un məlumatına görə, bu barədə Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqez özünün teleqram kanalında bildirib.
Venesuelada baş verən faciədən sonra "Sunami" ümid simvoluna çevrilib. Bu cəsur axtarış iti, təlimçisi ilə birlikdə dağıntılar altında qalan insanların həyatının xilasına kömək etməyə davam edir", - paylaşımda bildirilib.
Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Kinoloji Bölmənin rəhbəri Xorxe Bins qeyd edib ki, "Sunami" fəlakət zonası elan edilmiş və zəlzələdən ən çox zərər çəkmiş La-Quayra ştatında 16 nəfər də daxil olmaqla ümumilikdə 26 nəfərin xilas olunmasına kömək edib.