Venesuelada parlamentin binasına hücum olub: xəsarət alanlar var
Digər ölkələr
- 24 iyun, 2017
- 01:02
Bakı. 24 iyun. REPORT.AZ/ Venesuelada prezident Nikolas Maduronun tərəfdarları olmaqda ehtimal edilən qrup parlamentin binasına hücum edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı müxalifətin nəzarəti altında olan Milli assambleyanın bəyanatında bildirilir.
Qeyd olunur ki, hadisə zamanı 4 nəfər yaralanıb. Habelə binaya maddi zərər dəyib. Qrup üzvləri binanın əsas giriş qapılarını sındıraraq içəri daxil olmağa cəhd göstəriblər. Onlar fişəngdən istifadə ediblər və əllərində dəyənək, daş olub.
"Parlamentin dörd yaralı əməkdaşı tibbi yardım xidmətinə daxil olub", - deyə məlumatda deyilir.
Venesuelada parlament hökumətin hərəkətlərinə qarşı çıxış edir.
Son xəbərlər
10:06
Tver yaxınlığında PUA hücumları nəticəsində "Wildberries"in anbarı zədələnib
Region10:04
Pakistan, Azərbaycan və Qazaxıstan turizm, ticarət və mədəniyyət sahəsində əməkdaşlıq potensialını artırır
Xarici siyasət10:00
Azərbaycanın üç boksçusu U-19 Avropa çempionatına qələbə ilə başlayıb
Fərdi10:00
Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət10:00
Foto
Azərbaycan Teatr Xadimləri İttifaqının binası təmirə bağlanıb
İncəsənət10:00
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə09:51
Foto
Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 79-cu ildönümü qeyd edilib
Xarici siyasət09:49
Qasım Mohiuddin Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında müdafiə sazişini yüksək qiymətləndirib
Xarici siyasət09:48