Venesuelada neftayırma zavodlarının 80 faizi işi dayandırıb

Digər ölkələr
  • 23 dekabr, 2017
  • 11:34
Venesuelada neftayırma zavodlarının 80 faizi işi dayandırıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Venesuelada neftayırma zavodlarının 80 faizi işi dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Venesuela Neft Sənayesi Həmkarlar İttifaqının başçısı İvan Freytes bildirib.

Onun sözlərinə görə, ölkədə, demək olar ki, yüksək oktan ədədli daxil olmaqla benzin istehsal edilmir: “Bəzi sənaye sahələrinin fəhlələri aclıq və səfalətdən əziyyət çəkirlər. Bütün bunlara görə məsuliyyəti Maduro (Venesuelanın prezidenti Nikolas Maduronu nəzərdə tutur- “Report”) daşıyır ”.