Venesuelada elektrik enerjisinə qənaət məqsədilə cümə günü qeyri-iş günü elan edilib
Digər ölkələr
- 07 aprel, 2016
- 06:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 aprel. REPORT.AZ/ Venesuelada həftəlik iş günlərinin sayı 5-dən 4-ə endirilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu addım elektrik enerjisinə qənaət məqsədilə atılıb.
Müddəti 2 ay olan müvafiq fərmanı Cənubi Amerika ölkəsinin prezidenti Nikolas Maduro imzalayıb.
Fərmana əsasən, bu gündən etibarən iyunun 6-dək cümə günləri qeyri-iş günü hesab olunacaq. Maraqlıdır ki, sənəddə bu azalmanın yalnız dövlət sektorunda çalışanlara, yoxsa həmçinin özəl sahədə işləyənlərə şamil edilməsiylə bağlı müəyyənlik yoxdur.
Prezident N.Maduro eyni zamanda vətəndaşlara müraciət edərək elektrik məişət texnikası və kondisionerlərin istifadəsində məsuliyyətli olmağa çağırıb.
В Венесуэле пятницу объявили нерабочим днем в целях экономии электроэнергии
Venezuela declares Friday a non-working day to save electricity
Son xəbərlər
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol