Venesuela prezidenti "Twitter"i "faşizm"də ittiham edib

Digər ölkələr
  • 18 iyun, 2017
  • 01:43
Venesuela prezidenti Twitteri faşizmdə ittiham edib
Courtesy İmage

Bakı. 18 iyun. REPORT.AZ/ Venesuela lideri Nikolas Maduro "Twitter" sosial şəbəkəsini "faşizm"də ittiham edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, buna sosial şəbəkə tərəfindən ölkə hakimiyyəti ilə əlaqəli əkkauntların əngəllənməsi səbəb olub.

Maduro bununla belə tərəfdarlarına müraciət edərək ölkədə baş verən etirazların işıqlandırılması üçün "Twitter"dən istifadəni davam etdirməyə çağırıb.

"Əgər onlar min əkkauntu bağlayıblarsa, biz onun əvəzinə gənclərimizlə bərabər on min əkkaunt açacağıq. Sosial mediada mübarizə çox vacibdir", - deyə ölkə prezidenti bildirib.