Venesuela parlamenti ABŞ ilə neft müqaviləsini dəstəkləyib
- 02 sentyabr, 2026
- 06:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Venesuela Milli Assambleyası ABŞ ilə neft müqaviləsinin bağlanmasını dəstəkləyib.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə parlamentin sədri Xorxe Rodriqez bildirib.
"Növbədənkənar sessiya zamanı ölkə üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik: Ali Məhkəmə qanununun qismən islahatını yekdilliklə təsdiqlədik; Venesuela Bolivar Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli enerji müqaviləsinin elan edilməsini dəstəklədik", - o, teleqram kanalında yazıb.
Bununla belə, "Telesur" dəqiqləşdirib ki, parlament müqavilənin mətnini müzakirə etməyib, çünki Venesuela və ABŞ hökumətləri hələ rəsmi sənəd təqdim etməyiblər.
Saziş ABŞ tərəfinə Venesuelanın neft ehtiyatlarının təxminən beşdə birinə çıxış imkanı verir. Saziş çərçivəsində "North American Blue Energy Partners" (NABEP) özəl şirkəti 17 neft yatağı üzrə 100 illik icarə müqaviləsi alacaq.