Venesuela hakimiyyəti 7 amerikalını həbsdən azad edib

Digər ölkələr
  • 01 oktyabr, 2022
  • 21:13
Venesuela hakimiyyəti 7 amerikalını həbsdən azad edib

Venesuela hakimiyyəti ABŞ-ın 7 vətəndaşını həbsdən azad edib, onlar hazırda vətənlərinə qayıdırlar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Azad olunan amerikalılar uzun illər qanunsuz həbsdə saxlanılıblar.

ABŞ tərəfi bunun əvəzində ölkədə saxlanılan iki venesuelalını azad buraxıb.