Vəkil: "Puçdemon Belçikada qalacaq"
Digər ölkələr
- 05 dekabr, 2017
- 14:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemon İspaniya Ali Məhkəməsinin onun həbsi ilə bağlı qərarı ləğv etməsinə baxmayaraq, Belçikada qalmağı planlaşdırır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belçikanın "Echo" nəşrinə Puçdemonun vəkili Pol Bekart məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə mövcud üç orderdən yalnız birinə xitam verib.
Nəşr qeyd edir ki, Kataloniya hökumətinin sabiq liderinin həbsi ilə bağlı İspaniya və beynəlxalq order qüvvədə qalır.
Xatırladaq ki, bu gün İspaniya Ali Məhkəməsi Puçdemon və Kataloniya hökumətinin hazırda Belçikada olan üç keçmiş üzvünün həbsinə dair Avropa orderini geri götürüb.
Son xəbərlər
22:31
ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır
Digər ölkələr
22:23
Tramp məlumat mərkəzlərini xaricdə tikən şirkətləri yüksək vergilərlə hədələyib
Digər ölkələr
22:13
ABŞ Prezidenti: İran məni qane edəcək şərtlərlə saziş bağlamağa hələ hazır deyil
Digər ölkələr
22:11
Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb
Digər ölkələr
21:58
ASEAN Parlament Assambleyasında Gürcüstanın Orta Dəhlizdəki rolu müzakirə olunub
Region
21:53
Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər
Digər ölkələr
21:48
Foto
Aqrar Sığorta Fondu İmişlidə zərər çəkmiş fermerə ödəniş edib
ASK
21:32
Hörmüz boğazından çıxan tanker vurulub
Digər ölkələr
21:23
Foto
Video
Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb
Daxili siyasət