Vaşinqton məhkəmələrində şatdaun səbəbindən bir sıra xidmətlərin göstərilməsi dayandırılıb

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 07:46
Vaşinqton məhkəmələrində şatdaun səbəbindən bir sıra xidmətlərin göstərilməsi dayandırılıb

ABŞ-nin paytaxtı Vaşinqtonda yerli məhkəmələr hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) səbəbindən nikah şəhadətnamələri verə və nikah mərasimləri keçirə bilməyəcək.

"Report" xəbər verir ki, mu barədə məhkəmə sisteminin rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, məhkəmə sisteminin bir çox funksiyaları şatdaun dövründə davam edəcək. Cinayət, mülki və ailə hüququ sahəsində çalışan hakimlər və əməkdaşlar maaş almadan işləyəcəklər. Nikah şəhadətnamələri verilməyəcək, lakin sakinlər nikah sənədlərinin surətini və digər vacib qeydiyyat sənədlərini əldə edə biləcəklər.

Qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən, Vaşinqton şəhərinin xüsusi statusu var və bu səbəbdən yerli məhkəmələr federal hökumət tərəfindən maliyyələşdirilir, hakimlər isə prezident tərəfindən təyin olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti