Vaşinqton AB-ə həm ABŞ, həm də İranla biznes əlaqələrinə icazə verməyəcək

Digər ölkələr
  • 04 noyabr, 2018
  • 22:49
Vaşinqton AB-ə həm ABŞ, həm də İranla biznes əlaqələrinə icazə verməyəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, rəsmi Vaşinqton Avropa Birliyindən olan şirkətlərə ABŞ-la və eyni zamanda İranla bizneslə məşğul olmağa icazə verməyəcək.

Bu barədə "Report" "Fox News"a istinadən xəbər verir.

ABŞ rəsmisi bununla da bəzi Avropa şirkətlərinin İran sanksiyalarına görə ABŞ-la əməkdaşlığı dayandırıb-dayandırmayacağı barədə suala cavab verib.

"Avropa şirkətlərinə ABŞ-la və İranla eyni vaxtda bizneslə məşğul olmağa icazə verilməyəcək", - deyə Pompeo bildirib.

44 - Tezliklə