"USS Gerald R. Ford" ABŞ-nin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub

Digər ölkələr
  • 18 fevral, 2026
  • 04:04
USS Gerald R. Ford ABŞ-nin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub

Karib dənizindən Yaxın Şərqə doğru hərəkət edən "USS Gerald R. Ford" aviadaşıyıcısı başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu ilə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub.

"Report"un "The Washington Post" qəzetinə istinadla məlumatına görə, bunu anonim mənbə bildirib.

"Məlumata görə, çərşənbə axşamı "Ford" aviadaşıyıcısı və onu müşayiət edən üç esmines ABŞ-nin Cənub Komandanlığının sərhədini keçərək Atlantik okeanının ABŞ Avropa Komandanlığının nəzarətində olan sularına daxil olub", – xəbərdə qeyd olunub.

Aviadaşıyıcını raket esminesləri – "USS Mahan", "USS Thomas Hudner", "USS Winston S. Churchill", "USS Bainbridge" və "USS Stockdale" müşayiət edir. Onlar gəminin hava hücumundan müdafiəsini və sualtı qayıqlara qarşı müdafiəsini təmin edirlər.

"USS Gerald R. Ford"un göyərtəsində dörd eskadrilya "F/A-18E/F Super Hornet" döyüş qırıcıları, həmçinin radioelektron mübarizə və uzaq məsafəli radiolokasiya aşkarlama və idarəetmə təyyarələri yerləşdirilib.

Bundan əvvəl "Axios" portalı ABŞ-nin son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox qırıcı göndərdiyi məlumatını yaymışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti