Ursula fon der Lyayen Aİ üzvlərini Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləməyə çağırıb

Digər ölkələr
  • 19 sentyabr, 2025
  • 17:04
Ursula fon der Lyayen Aİ üzvlərini Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləməyə çağırıb

Avropa İttifaqı (Aİ) Ukraynanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirmək üçün yeni həll üzərində işləyir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Rusiyaya qarşı 19-cu sanksiya paketini təqdim edərkən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

"Biz bilməliyik ki, bu, Rusiyanın müharibəsidir. Onun aktivlərindən əldə edilən vəsaitlər ilə Ukraynaya təzminat krediti verə bilərik. Aktivlərin özlərinə toxunulmayacaq. Ukrayna bu krediti Rusiya təzminatları ödədikdən sonra ödəyə biləcək", - o qeyd edib.

Fon der Lyayenin sözlərinə görə, sanksiyalar Kanadanın sədrliyi altında G7 tərəfdaşları ilə razılaşdırılır.

"Avropa Rusiya ilə müharibənin başlanğıcından bəri Ukraynanın yanında olub. Biz bu müharibəyə son qoymaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Təşkilata üzv dövlətləri bu yeni sanksiyaları tezliklə təsdiqləməyə çağırıram", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti