Uqanda polisi: zəncirvari qəza nəticəsində 46 nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 22 oktyabr, 2025
  • 13:35
Uqanda polisi: zəncirvari qəza nəticəsində 46 nəfər ölüb - YENİLƏNİB

Uqandada Kampala-Qulu şosesində baş verən zəncirvari qəzada 46 nəfər həlak olub.

Bu barədə "Report" Uqanda polisinin sosial şəbəkədə dərc olunmuş məlumatına istinadən xəbər verir.

Daha əvvəl 63 nəfərin həlak olduğu barədə məlumat verilmişdi, lakin polis hadisə yerində bəzi qurbanların huşsuz vəziyyətdə tapıldığını və səhvən ölmüş elan edildiyini bildirib.

Uqandanın Kampala-Qulu şosesində baş verən zəncirvari qəzada 63 nəfər ölüb.

Bu barədə "Report" Uqanda polisinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bildirilib ki, bir neçə nəfər xəsarət alıb.

Qəzada üç avtobus daxil olmaqla dörd nəqliyyat vasitəsi iştirak edib.

İlkin versiyaya görə, Kampaladan Qulu istiqamətinə gedən avtobusun sürücüsü yük maşınını ötməyə çalışıb. Eyni zamanda, əks istiqamətdə hərəkət edən avtobus da bunu etmək istəyib. Nəticədə iki avtobus toqquşub, digər nəqliyyat vasitələri idarəetməni itirib və aşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti