Ümumdünya Ərzaq Proqramı: Yəməndə aclıq çəkənlərin sayı rekord həddə çatıb

Digər ölkələr
  • 02 oktyabr, 2026
  • 15:55
Ümumdünya Ərzaq Proqramı: Yəməndə aclıq çəkənlərin sayı rekord həddə çatıb

Yəməndə aclıq çəkənlərin sayı kəskin artıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun proqram fəaliyyətləri üzrə köməkçisi Metyu Hollinqvortun açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, cəmi bir neçə həftə ərzində Yəmənin hökumətin nəzarətində olan rayonlarında rekord sayda sakin əsas ərzaq ehtiyaclarını təmin etmək iqtidarında olmayıb. Hər dörd ev təsərrüfatından üçü qida qəbulundan imtina etmək məcburiyyətindədir.

Hollinqvort qeyd edib ki, hökumətin nəzarətində olan ərazilərin əhalisi təxminən 10 milyon nəfər təşkil edir.

"Bu yeni qeyri-sabitlik dalğasının ərzaq təhlükəsizliyi üçün nəticələri tamamilə dağıdıcı ola bilər", - o bildirib.

44 - Tezliklə