Ukraynanın Debaltsevo şəhərində 500 meyit tapılıb
Digər ölkələr
- 07 mart, 2015
- 00:59
Bakı. 7 mart. REPORT.AZ/ Ukraynanın Debaltsevo şəhərində atəş nəticəsində ölən 500 dinc sakinin meyiti aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauer bəyan edib.
"Məruzədə Debaltsevoda qalan yüzlərlə adsız qurban nəzərə alınmayıb. Belə ki, ötən ay mühasirə aradan qaldırıldıqdan sonra Rusiya atəşindən evlərdə və zirzəmilərdə gizlənən 500 insanın cəsədi tapılıb", — deyə Samanta Pauer BMT Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.
ABŞ nümayəndəsi bildirib ki, BMT Baş katibinin insan haqları üzrə köməkçisi Şimonoviçin məruzəsində bu faktlar yer almayıb.
Pauerin sözlərinə görə, Debaltsevo sakinləri qondarma Donetsk Xalq Respublikası qoşunlarının atəşinə məruz qalıblar.
Son xəbərlər
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.08.2026)
Maliyyə09:04
UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq
Futbol08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.08.2026)
Maliyyə08:52
Yaponiya hökuməti nüvəsiz siyasətə sadiq qalacağını bəyan edib
Digər ölkələr08:33
ABŞ Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılaşma gözlənilir
Digər ölkələr08:15
Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:05
Bakı, Ağdaş və Ucarın bəzi ərazilərində işıq olmayacaq
Energetika08:04
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Xarici siyasət07:43