Ukraynanın Aİ-yə üzvlük prosesi müzakirə edilib
- 13 fevral, 2026
- 13:25
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa almaniyalı həmkarı Yohann Vadefulla Ukraynanın Aİ-yə üzvlüyü prosesinin irəliləməsi yollarını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə ukraynalı nazir "X" sosial şəbəkəsində bildirib.
Görüş bu gün başlayan 62-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
"Sülh səylərini, Ukraynanın müdafiə qabiliyyətinin və dayanıqlığının gücləndirilməsi istiqamətində addımları, həmçinin Moskvaya təzyiqin gücləndirilməsini müzakirə etdik. Ukraynanın dəstəklənməsində və Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsində nümayiş etdirdiyi liderliyə görə Almaniyaya təşəkkür edirəm. Bundan başqa, ölkəmiz və bütün Avropa üçün təhlükəsizlik təminatı elementi kimi Ukraynanın Aİ-yə üzvlük prosesinin irəliləməsi yollarını müzakirə etdik", - o yazıb.
Sibiqa əlavə edib ki, bu gün forum çərçivəsində "Ukraine House"un (Ukrayna Evi) açılışı da olub. Mərasimdə Yohann Vadeful iştirak edib.
"Biz yeni dövrə qədəm qoymuşuq. Avropanın öz təhlükəsizliyini başqalarına həvalə etdiyi dövr başa çatıb. Öz gücümüzü möhkəmləndirməyin vaxtıdır. Bu isə yalnız Ukraynanın Avropanın yeni təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilməsi şərti ilə mümkündür", - o yazıb.
Proud to open Ukraine House at @MunSecConf with @AussenMinDE reflecting Ukraine’s key role.
— Andrii Sybiha 🇺🇦 (@andrii_sybiha) February 13, 2026
We are in a new era. Security outsource for Europe is over. Time to build our own strength.
And this is only possible with Ukraine as integral part of Europe’s new security architecture. pic.twitter.com/3kbinOoF8w