Ukraynada Prezident seçkiləri gələn ilin birinci yarısında keçirilə bilər

Digər ölkələr
  • 25 dekabr, 2025
  • 14:58
Ukraynada Prezident seçkiləri gələn ilin birinci yarısında keçirilə bilər

Ukrayna Ali Radası sədrinin müvafiq qərarı ilə müharibə şəraitində Prezident seçkilərinin və referendumun keçirilməsi ilə bağlı qanun layihəsini hazırlayacaq işçi qrup yaradılıb.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Müdafiə, Təhlükəsizlik və Kəşfiyyat alt komitəsinin sədri Fedor Venislavski bildirib.

Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının, beynəlxalq ekspertlərin iştirakı ilə bir sıra müxtəlif tədbirlər keçirilib. Burada artıq müharibədən sonrakı vəziyyətdə səsvermənin necə təmin olunması məsələləri müzakirə edilib:

"Düşünürəm ki, tez bir zamanda yeni qanun layihəsi hazırlana bilər. İstənilən halda, qanun layihəsinin hazırlanması və parlamentə göndərilməsi üçün bir neçə həftədən bir aya qədər vaxt lazımdır. Sonra parlamentdə prosedurlar, birinci və ikinci oxunuş təxminən bir ay yarıma qədər vaxt aparır. Yəni, düşünürəm ki, iki aydan sonra müharibə zamanı səsvermənin keçirilməsini təmin edəcək qanuna malik ola bilərik".

"Konkret olaraq Prezident seçkisinin gözlənilən vaxtına gəldikdə, əgər atəşkəs rejimi olsa və seçkilərdə iştirak edəcək vətəndaşlarımızın təhlükəsizliyi təmin edilsə, prinsip etibarilə prezident seçkisi gələn ilin birinci yarısında keçirilə bilər", - komitə sədri əlavə edib.

Qeyd edək ki, beynəlxalq normalara əsasən Ukrayna qanunvericiliyi müharibə şəraitində seçkilər və referendum keçirilməsini qadağan edir. Ukrayna Prezidenti Volodimir Zelenski, dekabrın əvvəlində Ali Radanın nümayəndələri ilə görüşərək müharibə şəraitində prezident seçkilərinin və referendumun keçirilməsini nəzərdə tutan, bur dəfəlik qanun layihəsini hazırlanması və parlamentdə müzakirə edilməsini təklif edib.

Ukraynada sülh planının müddəaların dərhal prezident seçkilərinin keçirilməsi və ərazi məsələləri ilə bağlı referendum da nəzərdə tutulub. Növbəti prezident seçkilərinin vaxtı 2024-cü ilin martında müharibəyə görə təxirə salınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti