Ukraynada deputat casusluq etdiyi üçün saxlanılıb
Digər ölkələr
- 31 yanvar, 2023
- 09:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı saxlanılıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan deputat müxalif "Müxalifət Platforması – Həyat Üçün" (OPZJ) Partiyasındandır və adı açıqlanmır.
Onun Rusiya Baş Kəşfiyyat İdarəsinə casusluq etdiyi aşkar olunduğu bildirilir. Məlumata görə, deputat strateji məlumatları Rusiya kəşfiyyatına ötürürmüş. Deputatın adı istintaq sirri səbəbindən açıqlanmır.
Qeyd edək ki müharibə müddətində Ukraynanın seçkili və inzibati orqanlarında bir sıra vəzifəli şəxslər casusluq və xəyanət səbəbi ilə saxlanılıb.
OPZJ partiyasının fəaliyyəti Ukraynada qadağan olunub.
Son xəbərlər
17:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
Fərdi
16:59
Uitkoff: Putinlə danışıqların yekunları barədə Zelenskini məlumatlandıracağam
Digər ölkələr
16:59
Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb
Sağlamlıq
16:55
Zelenski Dublində "Starshield"in işində problemlərdən danışıb, "F-16"lar üçün döyüş sursatı istəyib
Digər ölkələr
16:55
Fərid Şahbazlı: Azərbaycanın artan geosiyasi çəkisi Avropanın ölkəmizlə siyasi dialoqunun əhəmiyyətini artırır
Xarici siyasət
16:40
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 177 investor maraq göstərib
Maliyyə
16:39
Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
Hadisə
16:32
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
16:30
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın rolu böyükdür
Daxili siyasət