Ukrayna və İran prezidentləri Ərdoğana zəng ediblər
Digər ölkələr
- 07 fevral, 2023
- 12:48
Ukrayna Prezidenti Volodimir Zelenski və İran Prezidenti İbrahim Rəisi türkiyəli həmkarları Rəcəb Tayyib Ərdoğana zəng ediblər.
“Report” xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, onlar Türkiyədəki zəlzələdə həlak olmuş şəxslərlə bağlı Ərdoğana başsağlığı veriblər.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm, eyni zamanda zəlzələnin dağıntıya məruz qoyduğu 10 vilayətdə üç ay müddətində qüvvədə olacaq fövqəladə vəziyyət elan edib.
Son xəbərlər
06:49
Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
Futbol06:16
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətini şərh edib
Futbol05:59
Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr05:22
Niger Fransanı hərbi qiyam törətməkdə ittiham edib
Digər ölkələr04:49
Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
Digər ölkələr04:07
Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Region03:39
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
Digər ölkələr03:18
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Futbol02:46