Baş nazir: “Britaniya Ukraynaya “Challenger 2” tankları göndərmək niyyətindədir”
- 14 yanvar, 2023
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bunu Ukrayna lideri tviterdə yazıb.
V.Zelenski güclü dəstəyə görə Britaniyanın hökumət başçısına təşəkkür edib: “Böyük Britaniyanın güclü dəstəyi sarsılmazdır”.
Tərəflər döyüş meydanındakı mövcud durumu müzakirə ediblər.
R.Sunak isə bildirib ki, Britaniya Ukraynaya “Challenger 2” tankları tədarük etmək niyyətindədir.
Bundan başqa, o, V.Zelenski ilə telefon danışığı zamanı Böyük Britaniyanın Ukraynaya əlavə artilleriya sistemləri göndərəcəyini deyib.
Завжди потужна підтримка з боку Великої Британії тепер стала непробивною й готовою до викликів. У розмові з Прем'єр-міністром @RishiSunak подякував за рішення, які не лише посилять нас на полі бою, а й стануть правильним сигналом для інших партнерів.
— Володимир Зеленський (@ZelenskyyUa) January 14, 2023