Ukrayna Samarada neft emalı zavodunu vurub
Digər ölkələr
- 22 avqust, 2026
- 12:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna qüvvələri avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətində yerləşən "Novokuybışevsk" neft emalı zavodunun (NEZ) obyektlərini vurub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Telegram" kanalında məlumat yayıb.
Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
"Novokuybışevsk" NEZ "Rosneft" SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Onun gücü ildə təxminən 8,8 milyon ton neft təşkil edir.
Müəssisə avtomobil və aviasiya yanacağı, dizel yanacağı və sürtkü materiallarının komponentləri daxil olmaqla, 20-dən çox növdə məhsul istehsal edir.
Son xəbərlər
10:34
"Anglo Asian Mining" III rübdə mis istehsalını 2 dəfədən çox artırıb
Sənaye
10:31
Nazir müavini: "Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb"
ASK
10:30
Foto
Video
Başlıq: "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər
Biznes
10:29
"Anglo Asian Mining" Azərbaycanda gümüş istehsalını təxminən 30 % artırıb
Sənaye
10:28
Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
Energetika
10:27
Pakistanda məktəbin damının uçması nəticəsində 17 şagird ölüb
Digər ölkələr
10:24
Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
Energetika
10:22
Rusiya İranda Rəşt-Astara dəmir yolunun inşasına gələn il başlamağı planlaşdırır
İnfrastruktur
10:22
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Daxili siyasət