Ukrayna Rusiyanın əsas enerji yarımstansiyalarından birinə hücum edib
Digər ölkələr
- 25 oktyabr, 2025
- 14:29
Ukrayna Rusiyanın Volqoqrad vilayətindəki ölkənin əsas enerji yarımstansiyalarından birinə hücum edib.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum 500 kV-luq "Balaşovskaya" yarımstansiyasına edilib.
"Bu, Rusiyanın Cənub Enerji Sistemindəki əsas obyektdir və Volqoqrad Hərbi Dairəsini, Müdafiə Nazirliyinin obyektlərini və Saratov-Voronej marşrutundakı enerji nəqliyyat qovşaqlarını enerji ilə təmin edir. Rusiya daha əvvəl oxşar yarımstansiya olan "Veşkayma"nı itirmişdi", - o yazıb.
Son xəbərlər
06:47
İtaliyada "Sevgililər Tağı" qayası kəskin hava şəraiti səbəbindən uçub
Ekologiya06:21
Kuril adalarında zəlzələ qeydə alınıb
Digər ölkələr05:53
Britaniyada gələn il 16 yaşdan kiçik şəxslərə sosial şəbəkədən istifadə qadağan edilə bilər
Digər ölkələr05:10
"Guardian": Starmerin milli təhlükəsizlik üzrə müşaviri istefa verə bilər
Digər ölkələr04:38
ABŞ-nin baş prokuroru adı Epşteyn işində qeyd olunan şəxslərin siyahısını açıqlayıb
Digər ölkələr04:17
Rumıniya Prezidenti Vaşinqtonda Sülh Şurasının iclasında iştirak edəcək
Digər ölkələr03:47
KİV: ABŞ-nin Karib dənizində mövcudluğunu genişləndirməsi 3 mlrd dollara başa gəlib
Digər ölkələr03:26
Netanyahu İsraildə iki yeni beynəlxalq hava limanı tikmək planlarını açıqlayıb
Digər ölkələr03:06