Zelenski Qara dənizdə 2 tanker və 4 quru yük gəmisinin vurulduğunu təsdiqləyib - YENİLƏNİB

Digər ölkələr
  • 20 iyul, 2026
  • 12:26
Zelenski Qara dənizdə 2 tanker və 4 quru yük gəmisinin vurulduğunu təsdiqləyib - YENİLƏNİB

Ukrayna qüvvələri Qara dəniz akvatoriyasında Rusiyanın "kölgə donanması"nın iki tankerinə və dörd quru yük gəmisinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb.

"Qara dəniz akvatoriyasında "kölgə donanması"nın iki tankeri və dörd quru yük gəmisi vurulub", - V.Zelenski bildirib.

O, həmçinin Moskva regionundakı logistika obyektlərinə və neft bazasına yeni zərbələr endirildiyi barədə məlumat verib: "Pilotsuz Sistemlər Qüvvələrinin, kəşfiyyatın, raket qoşunları və artilleriyanın, eləcə də Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçülərinə təşəkkür edirəm. Sərhədimizdən hədəflərə qədər olan məsafə 400 kilometrdən çox təşkil edib".

Ukrayna pilotsuz uçuş aparatları iyulun 20-nə keçən gecə Qara dəniz və Azov dənizinin akvatoriyalarında 7 gəmini vurub.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Məlumata görə, vurulan gəmilər arasında üç tanker və dörd quru yük gəmisi var.

Bundan başqa, ilhaq edilmiş Krımda 7 enerji qovşağına və elektrik yarımstansiyasına zərbələr endirilib.

44 - Tezliklə