Ukrayna Qara dəniz limanları vasitəsilə taxıl ixracına başlayacaq

Digər ölkələr
  • 25 iyul, 2022
  • 18:43
Ukrayna Qara dəniz limanları vasitəsilə taxıl ixracına başlayacaq

Ukrayna İstanbulda imzalanmış sazişə uyğun olaraq Qara dəniz vasitəsilə taxıl ixracına başlayacaq.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski bildirib.

“Hər şeyi hazırlamışıq. Bizim tərəfdə dəhliz fəaliyyət göstərir, ona Ukrayna nəzarət edir və orada yoxlamalar yalnız ukraynalılar tərəfindən aparılacaq”, - o deyib.

Onun sözlərinə görə, Ukraynanın taxıl ixracının təhlükəsizliyini təmin etmək Türkiyə və BMT-nin üzərinə düşür və bununla bağlı müvafiq sazişlər imzalanıb: “Biz taxıl ixracı ilə bağlı müvafiq sənədlər imzaladığımız Türkiyə və BMT-yə güvənirik”.

44 - Tezliklə