Ukrayna Prezidenti: Donbasla bağlı mövqeyimiz dəyişməyib
- 20 oktyabr, 2025
- 12:07

Ukrayna öz ərazilərindən qoşunların çıxarılması ilə bağlı mövqeyini dəyişməyib.
"Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.
"Rusiyalıların fikri dəyişməyib: onlar bizim Donbasdan çıxmağımızı istəyirlər. Mən izah etdim ki, (ötən həftə Vaşinqtona səfər zamanı - red.) Ukraynanın bu kontekstdə mövqeyi dəyişməyib. Bunu həm ABŞ Prezidenti Donald Trampa, həm də onun xüsusi elçisi Stiv Uitkoffa izah etdim", - V.Zelenski jurnalistlərə bildirib.
O qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri həmişə vacib olub. V.Zelenski ABŞ-nin dəstəyi ilə Moskvanı atəşkəs rejiminə məcbur etməyin vacibliyini vurğulayıb: "Biz müharibəni başa çatdırmaq istəyirik. İndi biz elə bir nöqtədəyik ki, Donald Tramp Putinə daha bir şans verir".