Ukrayna Prezident Ofisinin müşaviri Qərb ölkələrini tənqid edib

Digər ölkələr
  • 07 mart, 2022
  • 09:15
Ukrayna Prezident Ofisinin müşaviri Qərb ölkələrini tənqid edib

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Qərb ölkələrini tənqid edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Görünür, Ukraynanın dostları rahat kafelərdə oturub dağıdılmış şəhərlərimizin fotolarına baxmaqdan məmnundurlar. Şəhərlərimiz dağıdılsa da, biz hələ də döyüşürük”, - o vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti müharibənin ilk günündən etibarən Qərb tərəfdaşlarını Ukrayna səmasını bağlamağa kömək etməyə çağırır. Prezident Volodimir Zelenski, eləcə də Ukrayna hakimiyyətinin digər nümayəndələri öz bəyanatlarında bunu dəfələrlə vurğulayırlar.

44 - Tezliklə