Samarada Ukraynanın enerji infrastrukturuna hücumu təsdiqlənib - YENİLƏNİB

Digər ölkələr
  • 20 sentyabr, 2025
  • 12:43
Samarada Ukraynanın enerji infrastrukturuna hücumu təsdiqlənib - YENİLƏNİB

Rusiya tərəfi Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Samara vilayətindəki enerji infrastrukturu obyektlərinə hücumlarını təsdiqləyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bildirib.

"Bu gün səhər regionumuz pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hədəflər yanacaq-enerji kompleksinin obyektləri olub", - o qeyd edib.

Qubernator vurğulayıb ki, hazırda zərbələrin nəticələri lokallaşdırılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın bir sıra neft sənayesi obyektlərinə zərbələrin endirilməsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Baş Qərargahın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Saratov Neft Emalı Zavoduna (NEZ) zərbə endirilib.

Həmçinin ildə 8,8 milyon tondan çox neftin emalını təmin edən Novokuybışevsk NEZ-ə və "Samara" xətti-istehsalat-dispetçer stansiyasına zərbələrin endirildiyi bildirilir.

Bəyanatda bəzi hədəflərin ətrafında yanğınların baş verdiyi qeyd olunur. Hücumun yekun nəticələri dəqiqləşdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti