Ukrayna nümayəndə heyəti İsraildə səfərdədir
Digər ölkələr
- 30 mart, 2022
- 13:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidentinin müşaviri Sergey Şefirin başçılıq etdiyi nümayəndə heyəti martın 30-da İsrailə səfərə gedib.
“Report” xəbər verir ki, məlumatı İsraildə çıxan “Haaretz” qəzeti yayıb.
Bildirilib ki, nümayəndə heyətinin tərkibində Ukraynanın xalq deputatı Olqa Vasilevskaya-Smaqlyuk və Ukraynanın İsraildəki keçmiş səfiri Gennadi Nadolenko da var.
Məlumata görə, nümayəndə heyətinin İsrailin xarici işlər naziri Yair Lapidlə görüşü təyin edilib. Ukraynalı nümayəndələrin İsrailin Baş naziri Naftali Bennetlə görüşü hələ ki məlum deyil.
Vurğulanıb ki, görüşdə əsasən Rusiya ilə Ukrayna arasında danışıqları, təhlükəsizliyə dair əməkdaşlıq və İsrailin ukraynalı qaçqınları qəbul etməsi məsələləri müzakirə olunacaq.
Son xəbərlər
13:22
İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edir - Yenilənib-2
Xarici siyasət
13:21
Azərbaycanda bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb
İnfrastruktur
13:06
UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
Futbol
13:05
Foto
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
Daxili siyasət
12:57
Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - Yenilənib
Hadisə
12:53
"Kəlbəcər" tankeri əsaslı təmir olunub
İnfrastruktur
12:46
"Sumqayıt"ın futbolçusu İsa Suliman Pakistan millisinə dəvət alıb
Futbol
12:45
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək
İKT
12:41
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları bərpa olunub
Digər ölkələr