Ukrayna lideri: Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 20:48
Ukrayna lideri: Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukraynanın iştirakı olmadan Budapeştdə Rusiya-ABŞ sammiti baş tutmayacaq.

"Report" xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında oktyabrın 17-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələrini şərh edərkən bildirib.

"Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edilib. Macarıstanda Ukraynasız görüş olmayacaq. Hələ ki, "Tomahawk" raketləri yoxdur. Nəticə budur. Düşünürəm ki, bu, pis deyil", - Zelenski Trampla görüşünün nəticələrini şərh edərkən deyib.

Xatırladaq ki, oktyabrın 16-da Tramp Putinlə telefon danışığından sonra iki tərəfin Budapeştdə görüşmək barədə razılığa gəldiyini açıqlayıb. Oktyabrın 17-də Ağ Evdə Zelenski ilə görüşdə Tramp ona Putinlə söhbətinin nəticəsi barədə məlumat verib.

Oktyabrın 23-də isə Amerika lideri rəsmi Moskvanın Rusiya-Ukrayna münaqişəsindəki barışmaz mövqeyinə görə Putinlə Macarıstan paytaxtında keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti