Ukrayna İsveçlə hərbi əməkdaşlıq haqqında iki müqavilə imzalayıb

Digər ölkələr
  • 12 iyul, 2023
  • 08:42
Ukrayna İsveçlə hərbi əməkdaşlıq haqqında iki müqavilə imzalayıb

Ukrayna İsveçlə hərbi əməkdaşlıq haqqında iki müqavilə imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, razılaşmaları İsveçin müdafiə naziri Pol Conson və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba imzalayıb.

Birinci müqavilə iki ölkə arasında təhlükəsizlik sahəsində məxfi məlumat mübadiləsi ilə bağlıdır.

Bu, Ukraynaya İsveçin “Gripen” qırıcısı təyyarələrini sınaqdan keçirməyə imkan verəcək.

İkinci saziş Ukraynaya İsveç hərbi texnikasına çıxış və onun dəstəyi ilə silah sifarişləri vermək imkanı qazandırır.

"Avqust ayında biz Gripen sistemi üçün giriş təliminə başlayacağıq və bir neçə həftədən sonra ukraynalı pilotlar Gripen-i sınaqdan keçirə və simulyatorlar üzərində işləyə biləcəklər", - P.Conson bildirib.

İsveç, həmçinin ABŞ-nin F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotların hazırlanmasına da köməklik göstərəcək.

İsveç Müdafiə Nazirliyinin Maddi Təminat Departamenti ilə bağlanan ikinci müqavilə Ukraynaya hərbi texnika almağa da imkan verəcək.