Ukrayna hərbçiləri ilk dəfə olaraq dronla "Şahed"i vurmağa nail olub
Digər ölkələr
- 19 aprel, 2026
- 18:30
Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) elit bölməsinin hərbçiləri dünyada ilk dəfə olaraq suüstü platformadan buraxılmış dron vasitəsilə "Şahed" pilotsuz uçuş aparatını (PUA) vurmağa nail olublar.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, tapşırığı dəniz təlimləri zamanı 412-ci əlahiddə "Nemesis" PSQ operatorları yerinə yetiriblər.
"Bu, dəniz və hava pilotsuz imkanlarının inteqrasiyasının yeni səviyyəsidir. Önləyici dronların yerləşdirilməsi üçün suüstü daşıyıcıların tətbiqi hava təhdidlərinə qarşı mübarizə imkanlarını genişləndirir və Ukrayna şəhərlərinin müdafiəsi üçün əlavə eşelon formalaşdırır", - məlumatda qeyd olunur.
Son xəbərlər
03:52
ABŞ və Çin $30 milyard məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılaşıb
Digər ölkələr03:17
Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Xarici siyasət02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət01:12
Foto
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət00:56
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
Futbol00:27