Ukrayna hökuməti dövlət şirkətlərində audit yoxlamasına başlayıb
- 15 noyabr, 2025
- 03:09
Ukrayna hökuməti bütün dövlət şirkətlərində audit yoxlamasına başlayıb.
"Report"un xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında məlumat verib.
"Ukraynanın baş naziri Yuliya Svırıdenko bu gün hesabat verib. Artıq hökumət bütün dövlət şirkətlərində audit yoxlamasına başlayıb. Nəticələr hüquq-mühafizə və korrupsiyaya qarşı mübarizə orqanları ilə paylaşılacaq və hökumət onlara hərtərəfli dəstək verməlidir. Məhz buna güvənirəm", o videoda bildirib.
Xatırladaq ki, Ukrayna Nazirlər Kabinetinin rəhbəri noyabrın 13-də bütün dövlət şirkətlərində, xüsusən də energetika və müdafiə sənayesində audit elan edib. "Naftoqaz", "Ukroboronprom" və "Ukrzaliznitsa" (Ukrayna Dəmir Yolları – red.) daxil olmaqla şirkətlərin müşahidə şuraları icra orqanlarının fəaliyyətinə yenidən baxmalıdır.