Ukrayna Dünya Bankı vasitəsilə özəl sektora dəstək üçün 88 milyon dollar alacaq

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 20:53
Ukrayna Dünya Bankı vasitəsilə özəl sektora dəstək üçün 88 milyon dollar alacaq

Ukrayna Dünya Bankının "Dayanıqlı, İnklüziv və Davamlı Sahibkarlıq" (RISE) layihəsi çərçivəsində özəl sektoru dəstəkləmək üçün 88 milyon ABŞ dolları həcmində maliyyə alacaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Bu vəsaitlər Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Yaponiya hökumətinin zəmanəti ilə verilir.

Dövlət büdcəsinə 80 milyon dollar ayrılacağı nəzərdə tutulur, yerdə qalan 8 milyon dollar isə kredit üzrə faizlərin kapitallaşdırılması üçün düşünülür.

Layihə 2024-2027-ci illər üçün nəzərdə tutulub, özəl sektorun böyüməsinə və inkişafına mane olan əsas məsələlərin həllinə, o cümlədən biznes mühitinin yaxşılaşdırılmasına, rəqəmsal dövlət xidmətlərinin inkişafı və şirkətlərin ixrac bazarlarına çıxışının genişləndirilməsinə yönəlib. Layihə dövründə maliyyələşdirmənin ümumi həcmi 1 milyard ABŞ dollarını ötəcək ki, bunun da 593 milyon dolları artıq ayrılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti